Azerbaijan Golden Kids Awards 2018 layihəsinin ilk nominantları bəlli oldu FOTO


Digərləri 24 Apr 2018 18:18:00 332 0

Azerbaijan Golden Kids Awards 2018 layihəsinin ilk nominantları bəlli oldu  FOTO

Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən AZERBAIJAN GOLDEN KIDS AWARDS 2018 layihəsinə nominantlığını irəli sürən iştirakçıların bir qismi artq bəlli olub. Belə ki, incəsənətin bir çox sahələrindən uşaqlar layihəyə qatılıblar.

Layihə rəhbəri Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə layihəyə qatılan uşaqlar həqiqətən də uşaq olmaqlarına baxmayaraq indiyə qədər artıq özlərinə görə sözlərini demişlər. Azərbaycan torpağı hər zaman istedadlar yetirir. Layihənin qala gecəsində həmin bu uşaqları tanımayanlar da taniyacaq.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi günündə AZERBAIJAN GOLDEN KIDS AWARDS 2018 uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi təşkil olunacaq.

Layihə Azərbaycan Cümhuriyyətinin 100-cü il yubileyi münasibəti ilə keçirilir.

Layihənin keçirilməsində məqsəd 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

Aşağıdakı nominasiyalar üzrə qalibləri mükafatlandıracaqlar:

Ən yaxşı rəssam Ən yaxşı vokal ifaçı Ən yaxşı pop ifaçı Ən yaxşı pop qrup Ən yaxşı model Ən yaxşı pianoçu Ən yaxşı skripka ifaçısı Ən yaxşı uşaq xoru Ən yaxşı rəqqas Ən yaxşı rəqqasə Ən yaxşı rəqs ansamblı Ən yaxşı aktyor Ən yaxşı aktrisa Ən yaxşı aparıcı Ən yaxşı şahmatçı Ən yaxşı idmançı

Nominantlığını irəli sürən nominantların tanıtım posterləri sosial şəbəkələrdə və mediada aprel və may ayları ərzində yayılacaq.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi  2 iyun 2018 - ci il tarixində Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər nominasiyalar üzrə mükafatlandırılacaq. Digər iştirakçılar isə fərqlənmə diplomları ilə təltif olunacaq.