"Qaçqınkom"un yeni sədri kollektivə təqdim olundu


Digərləri 24 Apr 2018 17:05:00 228 0

"Qaçqınkom"un yeni sədri kollektivə təqdim olundu

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni təyin olunmuş sədri Rövşən Rzayevi kollektivə təqdim edib və ona işlərində uğurlar arzulayıb.

Son.az Trend-ə istinadən bildirir ki, yeni sədri təqdim edən Ramiz Mehdiyev Rövşən Rzayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

Prezident Administrasiyasının rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ramiz Mehdiyev dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrə nail olmaq üçün Komitənin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.