Azərbaycana Körfəz ölkələrindən gələnlərin sayı artıb - kişilər daha çox gəlir


Digərləri 24 Apr 2018 16:50:00 201 0

Azərbaycana Körfəz ölkələrindən gələnlərin sayı artıb - kişilər daha çox gəlir

Azərbaycana Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım var.

Bakı. İlhamə İsabalayeva - 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Trend-in məlumatına görə, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 15,8 faizi İran, 11,6 faizi Türkiyə, 4,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Ukrayna, 1,8 faizi İraq, 14,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 29,6 faizi yanvar, 26,4 faizi fevral, 44,0 faizi isə mart ayında ölkəyə gəlib. Mart ayında ölkəmizə gələlənlərin 25,8 faizini İran vətəndaşları təşkil edib və onların sayı ötən ilin mart ayında gələnlərdən 4,6 faiz çox olub.