Daha üç yaşayış məntəqəsinə qaz verilib (FOTO)


Digərləri 24 Apr 2018 16:03:00 208 0

Daha üç yaşayış məntəqəsinə qaz verilib (FOTO)

Bu gün Xaçmaz rayonunun Meşəli, Sahillər və Samurçay qəsəbələrinə ilk dəfə təbii qaz verilib.

Bakı. Bu gün Xaçmaz rayonunun Meşəli, Sahillər və Samurçay qəsəbələrinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və Birliyin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.