"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib


Digərləri 24 Apr 2018 15:43:00 238 0

"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib

Bu gün Bakıda gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə gürzlərlə və lentlə hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, yarışların direktoru Natalya Bulanova, Bakı Gimnastika Məktəbinin direktoru Xaqani Fərəcov, və bədii gimnastika üzrə Azərbaycan milli komandasının məşqçiləri Yasena Stoyneva, Vəfa Bakarova və Meylə Bəsriyeva təqdim edib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına start verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.