Çindən 6 min qutu ipəkqurdu toxumları gətirilib


Digərləri 24 Apr 2018 15:00:00 153 0

Çindən 6 min qutu ipəkqurdu toxumları gətirilib

Bu gün Çin Xalq Respublikasından ölkəmizə daha 6 min qutu ipəkqurdu toxumları (qrena) gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.

Bakı. Bu gün Çin Xalq Respublikasından ölkəmizə daha 6 min qutu ipəkqurdu toxumları (qrena) gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, inkubasiya müddəti başa çatdıqdan sonra əldə olunacaq ipək qurdları dağlıq ərazidə yerləşən rayonların kümçülərinə əvəzi ödənilmədən paylanılacaq. Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından iki mərhələdə 13000 (on üç min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq aran, dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılması nəzərdə tutulub. Artıq aprel ayının 17-də ilkin mərhələdə 7000 (yeddi min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq respublikaya gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasına inkubasiyaya qoyulub.