Roma Papası evsizlərə dondurma verib


Dünya 24 Apr 2018 14:37:00 242 0

Roma Papası evsizlərə dondurma verib

Roma Papası I Fransisk aprelin 23-ü müqəddəs Fransisk gününü Romada yoxsul və evsizlərlə keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, aprelin 23-də həmçinin Roma katolik kilsəsi müqəddəs Georgi gününü qeyd edir.

Gün ərzində Romadakı xeyriyyə evlərində, ictimai yeməkxanalarda 3 minə yaxın evsizə və yoxsula dondurma verilib.