“Özünü gözəl sayan kişiləri sevmirəm”


Şou-biznes 24 Apr 2018 12:35:00 289 0

“Özünü gözəl sayan kişiləri sevmirəm”

Müğənni Natavan Həbibi "Popumuz var" proqramının qonağı olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı verilişdə maraqlı açıqlamaları ilə yada qalıb. Belə ki, Natavan aparıcı Murad Arifin "Özünü seksi hesab edirsən" sualına hər kəsi təəccübləndirəcək cavab verib:

"Bu mövzuda heç vaxt narahat olmamışam. Qadınların mənə qarşı münasibətindən sonra başa düşmüşəm ki, bu problemdir. Qadınlar bunu özlərində görməyəndə başqalarında çox görürlər. Mən artıq böyümüşəm. Açıq-saçıq geyinəndə belə özümü rahat hiss etmirəm. Aygün Kazımova, Madonna bu tərzdə böyüyüblər, belə özlərini rahat hiss edirlər. Amma mən özümə qıymıram". 

Müğənni nikahdankənar övlad dünyaya gətirən şəxslər barədə də danışıb:

"Bu mövzuya münasibət bildirmək mənə düşmür. Fikirləşirəm ki, qismətdən asılı olan bir şeydir. Hər bir xanım istəyir ki, rəsmi ailə qursun və övlad dünyaya gətirsin. Alınmayanda kimlərsə sevinmir. Hər kəs üzülür və dünyaya gələn uşağın həyatında da problemlər olacaq. Bu məsələyə pis və yaxşı baxa bilmərəm. Qınaya da bilmirəm, Allah köməkləri olsun.Yaşamamış heç kəsi qınaya bilmərəm".