Ötən il Azərbaycanda 2014,7 min kv.mlik yeni yaşayış evləri tikilib


Digərləri 24 Apr 2018 12:12:00 219 0

Ötən il Azərbaycanda 2014,7 min kv.mlik yeni yaşayış evləri tikilib

2017-ci ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilərək istifadəyə verilib.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istifadəyə verilmiş ümumi sahənin 102,9 min kv.m-i doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.

İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 960,3 milyon manat olub, onun 149,8 milyon manatı dövlət, 810,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.