Cəbhəyanı kəndləri birləşdirən yol əsaslı şəkildə yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 24 Apr 2018 09:40:00 218 0

Cəbhəyanı kəndləri birləşdirən yol əsaslı şəkildə yenidən qurulur (FOTO/VİDEO)

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulub və qurulmaqda davam edir.

Bakı. Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulub və qurulmaqda davam edir. Agentlikdən Trend-ə verilən məlumata görə, təkcə Füzuli rayonunda bu il 5 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmaq üzrədir. Söhbət Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışa imkan verən və 13.5 km uzunluğunda olan Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq marşrutu üzrə 5 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yolundan gedir. Yolun uzun müddət istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmaması yolların geyimi və yolun əsası, həmçinin torpaq yatağı deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır. Məhz buna görə yolların yenidən qurulması 15 minə yaxın əhalisinin ürəyincə olub. Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq avtomobil yolu IV texniki dərəcəyə uyğun 2 hərəkət zolağı enində yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla, yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Texnoloji ardıcıllığa uyğun olaraq, hazırda optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlər 150 mindən kv.m-dən artıq ərazini əhatə edir.