Göydələnlərin inşası üçün platforma yaradılıb


Digərləri 24 Apr 2018 07:51:00 222 0

Göydələnlərin inşası üçün platforma yaradılıb

Çin mühəndisləri işçilərə hündürmərtəbəli binalar tikməyə kömək edən divardan asılan platforma yaradıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, "Dırmaşan div" adlanan inşaat qurğusunun çəkisi 2 min ton təşkil edir və on iki hidravlik domkrat vasitəsilə binanın növbəti mərtəbəsinin tikintisi sona çatdıqca hündürlüyə qalxan platforma şəklindədir. Qurğu 2 min ton ağırlığa dözümlüdür, eləcə də 500 metr hündürlükdə və qasırğa zamanı da sabit işləyir.

Məlumata görə, modernləşdirilmiş avadanlıq tikinti prosesini 20 faiz sürətləndirir. Hazırda qurğu Uxan şəhərində göydələnlərin inşası üçün istifadə olunur. 119 mərtəbəli binanın tikintisini bu ilin sonuna başa çatdırmaq nəzərdə tutulur.