Dövlət Mahnı Teatrında "Arts Olimpia 2018" müsabiqəsi keçiriləcək


Digərləri 23 Apr 2018 23:04:00 231 0

Dövlət Mahnı Teatrında "Arts Olimpia 2018" müsabiqəsi keçiriləcək

Mayın 12-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Arts Olimpia 2018" adlı incəsənət müsabiqəsi keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Gənclər İttifaqı hərkəsi bu İncəsənət yarışında iştirak etməyə dəvət edir.

Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyib: "Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıtımıdır. Gürcüstandan, İran, Ukraina və Rusiyadan gələn qrupların vokal, misiqi və xoreoqrafik çıxışları gözlənilir".

"Arts Olimpia 2018" yarışında bir neçə janırlarda iştirakçıların çıxışları gözlənilir. Bu janrlar: 1 - folklor, 2- klasik, 3- Estrada, incəsənətin bir neçə növləri - mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya. 4- yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar yaş kateqoriyalarına bölünürlər. Baby (4-7 yaş), uşaq ( 7-10 yaş ), yunior ( yeniyetmələr), böyüklər. Hər bir janrda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambılar. Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır, mükafatlandırma zamanı açıqlanır. Seçim iştirakçının qeydiyat nömrəsi ilə aparılır. Hakimlər heyəti Azərbaycanın Əməkdar artistləri və İncəsənət xadimləridirlər. Qeydiyat üçün əlaqə nömrələri.