Azərbaycan neftinin bir bareli 75 dollara satılır


Digərləri 23 Apr 2018 23:09:00 239 0

Azərbaycan neftinin bir bareli 75 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,99 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,16 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 69,84 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.