Amaliya Pənahovanın fotosuna gülənlər


Digərləri 23 Apr 2018 22:40:00 233 0

Amaliya Pənahovanın fotosuna gülənlər

Son.az lent.az-a istinadən Aliyənin yazısını təqdim edir

Odlar diyarının içi mən qarışıq zəhmətkeş insanları yeni bir mövzu üzərində çalışmaqdadır.  Məsələ ünlü aktrisa Amaliya Pənahovanın plastik əməliyyatlarıdır.

Xəbər budur ki, aktrisanın yeni görünüşü oxucuları məyus etmişdir. Bir fotofaktla ortaya çıxıb ki, aktrisanın yenilədiyi, gəncləşdirmək üçün çalışdığı siması günü-gündən çiçəklənən müxtəlif sahələrin, məsələn, kino və teatrımızın inkişafı ilə ayaqlaşmır. Zəhmətkeşlər aktrisanın şəkillərini paylaşıb altına öz narazılıqlarını, hətta təhqirlərini yazırlar.

Plastik əməliyyat hər kəsin şəxsi işidir. Necə bir simaya sahib olmağı indi Allahdan sonra bir də pulu olan insan özü seçir. Bəs hiddətlənənlər harada haqlıdırlar? Onlar qadını, çox vaxt da ölkəsinin qadınını təmsil edən aktrisanın gözəl olmasını istəyirlər. Daha düzü, keçmişin gözəllik standartlarını unuda bilmirlər.

Düzdür, günün gözəllik standartları, yəni yayğın standartları qadın təbiiliyi, həssaslığı, individuallığı deyil, şişmiş dodaqlar, irəli çıxmış almacıq əzələləri, döymə qaşlarla süniliyi, laqeydliyi və pornoqrafikliyi vurğulayır.

Gedin ortabab bir gözəllik salonuna, sizə belə standartlar təklif edəcəklər. Amma bu standartlar bu qədər yayğındırsa, tələb təklif varsa, hamı bu qədər məmnundursa, bu standartları izləyən Amaliya xanıma niyə acıqlıdırlar?

Bu qəzəbli insanlar kino və teatr təəssübkeşi olsalar, onları başa düşmək olardı.