1600 yeni vaqon alınması planlaşdırılır


Digərləri 23 Apr 2018 22:26:00 262 0

1600 yeni vaqon alınması planlaşdırılır

Azərbaycan daha 1600 yeni vaqon almağı planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov deyib.

Şöbə rəisi qeyd edib ki, hazırda Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir.

Ə.Qasımov deyib: "Şərq-Qərb" dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolunun 503 kilometri təmir olunub. 23 stansiyada yeni avadanlıq quraşdırılıb, 3100 yeni vaqon alınıb, əlavə olaraq 50 yeni lokomotiv və 1600 vaqon alınması da planlaşdırılır".