Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib VİDEO


Digərləri 23 Apr 2018 21:13:00 357 0

Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib  VİDEO

"Bakı Metropoliteni" yeni metro qatarını sərnişinlərin istifadəsinə verib. Qatarda bir çox yeniliklər və innovativ üstünlüklər var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yeni qatar əvvəlki modellərə nisbətən daha genişdir. Bu da vaqonların sərnişin tutumunu artırır. Ancaq yeni qatarın üstünlüyü bununla bitmir. Yeni qatar 5 vaqondan ibarətdir və vaqonların arasında sərnişinlər üçün keçid var. Vaqonlara informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv monitorlar quraşdırılıb. "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev növbəti qatarın da yaxın vaxtlarda gətiriləcəyini deyib. Nəsimi Paşayev metropolitendə aparılan tikinti işləri ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, "Bənövşəyi xətt"in B3 adlanan stansiyasında, eləcə də "Dərnəgül" elektrik deposunda tikinti işləri sürətləndirilib.


Xəbərə aid video