Sumqayıtda iki nəfərin axtarışına helikopter cəlb olundu VİDEO


Digərləri 23 Apr 2018 21:06:00 253 0

Sumqayıtda iki nəfərin axtarışına helikopter cəlb olundu  VİDEO

Sumqayıtda aprelin 18-də dənizə getdikləri ehtimal olunan 2 nəfərin - 15 yaşlı Adil Cəbiyev və 17 yaşlı Nüsrət Nəzərovun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  bu gün səhər saatlarından etibarən axtarışlara Nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri cəlb olunub. İlkin olaraq Xəzər dənizinin Sumqayıt sahil hissəsində həyata keçirilən axtarışlarda bir nəticə olmasa da, valideynləri onlardan gələcək xəbəri gözləyirlər. İtən şəxslərin valideynləri deyirlər ki, gənclərin dənizə getmə ehtimalları yüksəkdir. Onların dənizə tərəf getmələrini görənlər olub.


Xəbərə aid video