Hindistanlılar və iranlılar toy etmək üçün Azərbaycanı seçir VİDEO


Digərləri 23 Apr 2018 21:08:00 302 0

Hindistanlılar və iranlılar toy etmək üçün Azərbaycanı seçir  VİDEO

Bakıda toy edən turistlərin sayı artıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, turizm şirkətləri son dövrlər xüsusən Hindistan və İrandan olan turistlərdən toy təklifləri alırlar. Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, ölkəmizdə toy etmək istəyən turistlərin müəyyən tələbləri olur. Onlar əsasən toy edilən məkanda öz milli mətbəxlərindən olan yeməklərin bişirilməsini istəyirlər.

Rəhman Quliyevin sözlərinə görə, bu təcrübə Türkiyədə bir neçə il bundan əvvəl tətbiq edilib və turizm sahəsinin inkişafına öz müsbət təsirini göstərib. Ekspert bildirir ki, xarici turistlərin toy etməklə baglı təkliflərinin artması ölkə turiziminin inkişaf etməsinə kömək edəcək.


Xəbərə aid video