"Ermənistan onu inkişafdan məhrum edən müharibə canisi Serj Sarkisyandan xilas oldu"


Digərləri 23 Apr 2018 20:33:00 280 0

"Ermənistan onu inkişafdan məhrum edən müharibə canisi Serj Sarkisyandan xilas oldu"

Erməni xalqı müharibə canisi, minlərlə günahsız insanın ölümünə bais olmuş Serj Sarkisyanın Ermənistanın baş naziri vəzifəsindən istefa verməsindən sonra ağıl və zəkanın səsini dinləməli, regionda sülhün və təhlükəsizliyin bərpası istiqamətində real addımlar atmalı, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir.

Son.az bildirir ki, bu fikri Serj Sarkisyanın istefa verməsinə dair bəyanatına münasibət bildirən "Xalq qəzeti"nin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov Trend-ə açıqlamasında bildirib. O qeyd edib ki, erməni xalqı 20 ildən artıq bir müddətdə onu girov saxlayan, beynəlxalq layihələrdə iştirakdan, tərəqqi və inkişafdan məhrum edən, ölkəni uçuruma sürükləyən, Ermənistan dövlətini işğalçı rejim kimi dünyada gözdən salan müharibə canisi Serj Sarkisyandan xilas oldu: "Sarkisyan Xocalı soyqırımının təşkilatçılarından, Dağlıq Qarabağ münaqişəsinin əsas günahkarlarından biri kimi çoxsaylı qanlı cinayətlər törətmiş müharibə canisidir. O, Dağlıq Qarabağ kartından sui-istifadə yolu ilə erməni xalqını olmazın müsibətlərə düçar etmiş, öz hakimiyyətini qan və zülm üzərində bərqərar etmişdir.

Qatil prezidentin baş nazir vəzifəsini tutmaq, hakimiyyətini uzatmaq arzusu gözündə qaldı. Ölkənin sərvətlərini talamış, erməni xalqını səfil gününə salmış Sarkisyan klanı sərt etiraz aksiyasına başlamış xalqdan ağır zərbə aldı. İşğalçı rejim cinayətkar əməllərinə, tökdüyü qanlara görə cavab verməlidir. Azərbaycan torpaqları işğaldan azad olunmalı, ölkəmizin ərazi bütövlüyü təmin edilməli, Ermənistan silahlı qüvvələri Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərini tərk etməlidir, region sülhə və əmin-amanlığa qovuşmalıdır".

H.Həsənov bildirib ki, illərdən bəri Azərbaycan dövlətinin yeritdiyi siyasət öz bəhrəsini verməkdədir, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunmasına dair BMT qətnamələri yerinə yetirilməli, regionda sülh və təhlükəsizlik bərpa olunmalıdır: