Çində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib FOTO


Digərləri 23 Apr 2018 19:13:00 310 0

Çində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib  FOTO

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Son.az Trend-ə istinadən bildirir ki, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində "AXC - Şərqdə ilk demokratik respublikadır" mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində "Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda, Türkiyənin Atatürk Universitetində "Heydər Əliyev və türk dünyası" və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi" mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində "Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq" mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində "Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi" mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında "Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq" mövzusunda, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində "Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda bölmə iclasları keçirilib.

Aprelin 22-də Çinin Huzhou Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın "Bir qurşaq - bir yol: multikulturalizmin öyrənilməsi" mövzusunda bölmə iclası keçirilib.

İclasda Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti, Huzhou Universitetinin professor-müəllim və tələbə heyəti, Mədəniyyətlərarası Dialoq Araşdırmaları Mərkəzinin əməkdaşları və Çinin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib.

Bölmə iclası öz işinə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.


Xəbərə aid fotolar