Yeni nazir 3 əsas fəaliyyət prinsipini açıqladı


Digərləri 23 Apr 2018 15:16:00 232 0

Yeni nazir 3 əsas fəaliyyət prinsipini açıqladı

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsiplərini açıqlayıb.

Son.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, (şəffaflıq, səmərəlilik, hesabatlılıq) innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib.

Fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların xüsusilə "Elektron Kənd Təsərrüfatı" layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.