Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı


Dünya 23 Apr 2018 13:56:00 270 0

Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə baş verən situasiya ilə bağlı yenidən bəyanat verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sarkisyan bildirib ki, bütün problemləri dialoq, danışıqlar vasitəsi ilə həll etmək iqtidarındadırlar: "Bu, mənim çağırışımdır və heç kim şübhə etməsin ki, biz birgə istənilən problemi həll edə bilərik. Həyat davam edir və biz öz dəyərlərimizi qorumalıyıq".