102 amerikalı konqresmen erməniləri dəstəklədilər


Dünya 23 Apr 2018 13:03:00 231 0

102 amerikalı konqresmen erməniləri dəstəklədilər

102 amerikalı konqresmen, o cümlədən ABŞ Konqresinin xarici əlaqələr və kəşfiyyat komitələrinin sədrləri ABŞ prezidenti Donald Trampa müraciət edərək onun qondarma "erməni soyqırımı"nı rəsmən tanımasını istəyiblər.

Son.az bildirir ki, Birləşmiş Ştatlardakı erməni diasporunun ən nüfuzlu təşkilatı olan "Amerika Erməni Milli Komitəsi"nin (ANCA) təşəbbüsü ilə hazırlanmış məktubun mətnini ABŞ Konqresindəki "Erməni məsələsi komitəsi"nin həmsədrləri Frenk Pallone, Ceki Spier, Devid Trot və Devid Valdado, habelə Adam Şiff və Qus Bilirakis imzalayıblar.