Ermənistanda aksiyaların lideri belə tutuldu


Dünya 23 Apr 2018 11:50:00 223 0

Ermənistanda aksiyaların lideri belə tutuldu

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyalarının lideri, "Mənim addımım" hərəkatının və "Vətəndaş Müqaviləsi" Partiyasının sədri, parlament deputatı Nikol Paşinyan tutulub.

Son.az bildirir ki, Paşinyanın başçılıq etdiyi aksiyaçılar Erebuni istiqamətə yönələndə onları xüsusi təyinatlı polislər qarşılayıblar.

Toqquşma olub. Polislər aksiya iştirakçılarına qarşı rezin dəyənəklər, səs və işıq qumbaraları, gözyaşardıcı qaz tətbiq ediblər.

N.Paşinyanla birlikdə müxalifətçi deputatlar Sasun Mikaelyan və Ararat Mirzoyan da saxldanılıblar. Onların hamısı Ermənistan parlamentindəki "Yelk" fraksiyasının mənsublarıdır.

Sabiq prezident Serj Sarqsyanın baş nazir postuna "təyinat"ına etiraz edən ermənilər aprelin 17-dən bəri aksiyalar keçirirlər.

N.Paşinyan Ermənistanda "məxməri inqilab" elan edib.

Ötən ilin sonlarında Ermənistanda Konstitusiya islahatlarından və ölkənin parlament üsul-idarəli dövlətə çevrilməsindən sonra ən önəmli səlahiyyətlər baş nazirə keçib.

Aksiya iştirakçıları N.Paşinyanla tutulan deputatların dərhal azadlığa buraxılmasını tələb edirlər.

Dünən səhər saatlarında İrəvandakı "Marriott Armenia" otelində Nikol Paşinyanla Ermənistanın baş naziri Serj Sarqsyan görüşüblər.


Xəbərə aid fotolar