Məşhur diceyin mahnıları kilsədə


Digərləri 23 Apr 2018 11:25:00 325 0

Məşhur diceyin mahnıları kilsədə

Aprelin 20-də Omanda vəfat edən dünyaca məşhur dicey, "Avicii" kimi tanınan isveçli Tim Berqlinq Utrext şəhərində anılıb.

Son.az RTL News-a istinadən bildirir ki, şəhərdəki "Dom Tower" kilsəsinin zəngçisi Malqoşa Fibix kilsədəki zənglər vasitəsilə mərhum diceyin ən populyar hitləri olan "Wake Me Up", "Hey Brother" və "Without You"dan fraqmentləri ifa edib.

2017-ci ildə M. Fibix mərhum müğənnilər Devil Bouinin və "Linkin Park"ın solisti Çester Benninqtonun xatirələrini belə yad etmişdi.

Tim Berlinq aprelin 20-də Omanın paytaxtı Maskatda, dostlarının evində vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

2010-cu ildə "My Feelings for You", "Seek Bromance", "Blessed" və "Levels" sinqlləri ilə məşhurlaşan, dünyanın ən çox qazanan diceylərindən birinə çevrilən Avicii 2016-cı ildə səhhəti ilə bağlı olaraq qastrollarını dayandırmışdı.


Xəbərə aid fotolar