Ərəb koalisiyası Yəməni bombaladı:


Dünya 23 Apr 2018 11:11:00 246 0

Ərəb koalisiyası Yəməni bombaladı:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hərbi hava qüvvələri Yəmənin şimal-şərqini bombalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, atılan mərmilər nəticəsində 20 nəfər ölüb, daha 40-ı yaralanıb.

Məlumatda deyilir ki, insident Xaca əyalətində qeydə alınıb, mərmi toy mərasiminin keçirildiyi evə düşüb.