Azərbaycan bankına “Ən Etibarlı Bank 2018” mükafatı təqdim edildi


Digərləri 23 Apr 2018 11:00:00 286 0

Azərbaycan bankına “Ən Etibarlı Bank 2018” mükafatı təqdim edildi

İngiltərənin nüfuzlu Global Banking and Finance Review jurnalı Yapı Kredi Bank Azərbaycana mükafat təqdim edib.

Belə ki, təşkilat Yapı Kredi Bank Azərbaycanı "2018-ci ilin ən etibarlı bankı" mükafatına layiq görüb.

Jurnalın redaktoru Wanda Rich: "Yapı Kredi Bank Azərbaycan təmsil etdiyi ölkənin bankçılıq sahəsində aparıcı rol oynamağa davam edir. Hər zaman müştəri təcrübəsini zənginləşdirir, uyğun həll yolları təklif edir. Yapı Kredi Bank Azərbaycanın "Ən Etibarlı Bank 2018" mükafatını almasına səbəb onların məhsuldar fəaliyyəti, əməkdaşlarının inkişaf etdirilməsi üçün daim yatırımlar etməsi, bankçılıq sahəsində universal yanaşmanın tətbiq etməsi, xidət göstərdikləri fiziki və hüquqi şəxslərin tələblərinin daim diqqət mərkəzində saxlamasıdır. Ümidvarıq ki, Yapı Kredi Bank Azərbaycan gələcəkdə də yeni-yeni uğurlara imza atacaqdır".