Bakıda III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumu işə başlayıb


Digərləri 23 Apr 2018 11:05:00 258 0

Bakıda III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumu işə başlayıb

Bu gün Bakıda SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" Forumu işə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov forumun ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunduğunu bildirib.

Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital Ltd" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən forumda 30 ölkədən 230-dən çox iştirakçı və məruzəçi iştirak edir.

E.Qasımov qeyd edib ki, məqsəd Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının emalı, satışı və ixracı məsələləri üzrə ən son tendensiyaların və inkişaf perspektivlərinin təhlilidir.