Ermənistanda etiraz aksiyasının rəhbərinin harada olduğu məlum deyil


Dünya 23 Apr 2018 10:52:17 243 0

Ermənistanda etiraz aksiyasının rəhbərinin harada olduğu məlum deyil

Ermənistanın "Vətəndaş müqaviləsi" partiyasının və "Mənim addımım" təşəbbüsünün lideri, deputat Nikol Paşinyan polis bölməsindən aparılıb. Hazırda onun harada olduğu məlum deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu vəkil Rustam Badasyan "Facebook" səhifəsində yazıb.

O qeyd edib: "Nikol Paşinyan Sevan polis bölməsində deyil. Bölmədən bildiriblər ki, o, gün ərzində burada olub, lakin indi bölmədə deyil. Onun harada olduğu, kim tərəfindən və hara aparıldığı məlum deyil. Düşünürəm ki, 1937-ci ildə insanları daha çox qorumaq olardı".