İrəvanda müxalifət lideri tutuldu:


Dünya 23 Apr 2018 10:05:00 266 0

İrəvanda müxalifət lideri tutuldu:

İrəvanda etiraz aksiyalarının rəhbəri, "Yelk" müxalifət fraksiyasının lideri Nikol Paşinyan həbs olunub.

Son.az Novostayn-a istinadən bildirir ki, N.Paşinyanla birlikdə müxalifətçi deputatlar Sasun Mikaelyan və Ararat Mirzoyan da saxldanılıblar. Onların hamısı Ermənistan parlamentindəki "Yelk" fraksiyasının mənsublarıdır.

Polis İrəvanın mərkəzində etiraz aksiyasını dağıtmağa başlayıb. Aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan, işıq və səs qumbaralarından, rezin dəyənəklərdən istifadə olunur.

Sabiq prezident Serj Sarqsyanın baş nazir postuna "təyinat"ına etiraz edən ermənilər aprelin 17-dən bəri aksiyalar keçirirlər.

N.Paşinyan Ermənistanda "məxməri inqilab" elan edib.


Xəbərə aid fotolar