Pomidor daşıyan yük maşını digər yük avtomobili ilə toqquşub, xəsarət alan var


Digərləri 23 Apr 2018 08:25:00 256 0

Pomidor daşıyan yük maşını digər yük avtomobili ilə toqquşub, xəsarət alan var

Bakı-Qazax yolunun Yevlax rayonu ərazisinə düşən 292-ci km-də xəsarətlə nəticələnən qəza baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Elxan Xurşudovun sükanı arxasında olduğu yük avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış başqa bir yük maşınına çırpılıb.

Nəticədə E.Xurşudov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

E.Xurşudov idarə etdiyi yük avtomobili ilə pomidor daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.