BMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu etiraf edib
Dünya 23 Apr 2018 07:49:34 244 0
"İndi ABŞ və Rusiya əvvəl olduğu kimi hamını idarə etmir"
BMT-nin baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının struktur problemlərinin olduğunu etiraf edib, həmçinin bildirib ki, soyuq müharibə geri qayıdır.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu SVT telekanalına müsahibəsində deyib.
"Soyuq müharibənin qayıtdığı aydındır", - deyə baş katib bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyət SSRİ dövründə olandan əhəmiyyətli dərəcədə fərqlənir.
"İndi ABŞ və Rusiya əvvəl olduğu kimi hamını idarə etmir. Regionda (Yaxın Şərq – red.) bir çox ölkələr olduqca fəaldır: Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digərləri. İki eyni idarə olunan blok yoxdur", — deyə o bildirib.
Mənbə: report.az