Bel ağrıları bu xəstəliyin göstəricisidir


Digərləri 23 Apr 2018 07:48:00 282 0

Bel ağrıları bu xəstəliyin göstəricisidir

Texnologiyaların son dərəcə inkişaf etdiyi bir dövrdə yaşamağımıza baxmayaraq, sağlamlığımızın qeydinə qalmaqda çətinlik çəkirik. Buna səbəb isə yaşadığımız həyatın heç bir standart normativlərə əsaslanmamasıdır. İstər ekoloji faktorlar, istərsə də gündəlik həyatımızda riayət etməli olub da, riayət etmədiyimiz bir çox xırda məqamlar. Hələ xəbərimiz yoxdur, amma orqanizmimiz bizə ağır zərbə vurmaq üçün zaman gözləyir. Statistikaya görə, hər 4 nəfərdən biri bel ağrılarından şikayət edir. Xüsusilə ofis şəraitində, uzun müddət oturaq işlə məşğul olan şəxslər. Bu bəzi peşələrə görə, zərgərlik, dərzilik, pinəçilik, sürücülük və s. üçün peşə xəstəliyi də adlandırılır. Bəs bu cür peşə sahibləri sağlamlığını qorumaq üçün nə etməlidir? Görəsən onurğa ağrılarının, bel yırtıqlarının ilk simptomları nələrdir?

Son.az belində güclü ağrılardan şikayət edən oxucular üçün maarifləndirici məlumatları təqdim edir:

Bel yırtığı nədir?

Primitiv tibbi biliklərə sahib olan şəxslər bilir ki, onurğa sütunu 33 fəqərədən ibarətdir. Fəqərələr arasındakı kanallarda isə insan həyatı üçün vacib olan onurğa beyni yerləşir. Məlumdur ki, insan bel nahiyəsindən ağır travma alarsa, bu, çox ciddi fəsadlara gətirib çıxara bilər. Hazırda xüsusilə gənc nəsil arasında onurğa sütununda yaranan problemlər çoxluq təşkil edir.