Keyfiyyətli mikrodalğalı sobanı necə tanımalı?


Digərləri 23 Apr 2018 07:07:00 260 0

Keyfiyyətli mikrodalğalı sobanı necə tanımalı?

Texnologiyanın inkişafı nəticəsində bu gün insanların həyat səviyyəsi sürətlə yaxşılaşır. Artıq ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlar satılır. Ölkə bazarında ən müasir məişət texnikası mallarına rast gəlmək olar. Təbii ki, məişət avadanlıqlarının çeşidləri artdıqca, keyfiyyət və kəmiyyət fərqləri də artır. Belə olan halda isə alıcıların ən keyfiyyətli malı, normal qiymətə alması üçün həmin mallar haqqında standartları bilməlidirlər. Siz də yeni mikrodalğalı soba almaq istəyirsiz? Hansı məhsulu alacağınıza qərar verə bilmirsiz? O zaman bu yazını diqqətlə oxuyun.

Mikrodalğalı sobanın tarixi

Son.az bildirir ki, mikrodalğalı soba amerikalı mühəndis Spenser tərəfindən ixtira edilib. Mikrodalğaların xüsusiyyətlərini tədqiq edən Spenser müəyyən edib ki, sobanın istiliyi dalğalanmanın müəyyən bir tezliyi zamanı yaranır. 1945-ci ildə o, öz ixtirasının patentini alır və yeni cihazın qida hazırlanmasında istifadə edilməsini təklif edir. Spenserin ixtirası üzərindən artıq 1949-cu ildən ABŞ-da birinci mikrodalğalı sobalar istehsal olunmağa başladı. Lakin mikrodalğa əvvəllər də qidanın hazırlaması üçün istifadə olunub. Hələ Böyük Vətən Müharibəsi dövründə almanlar qidanın hazırlanması üçün mikrodalğalı plitədən istifadə ediblər. Müharibədən sonra SSRİ bu sobaların bir neçə modelini əldə edib və tədqiqatlardan sonra bu sobalar müvəqqəti olaraq qadağan olunub. Lakin sonradan bu sobalar dünyanın müxtəlif ölkələrində çox müxtəlif modellərdə istehsal olunmağa başlayıb.

İstehsalçılar təkcə mikrodalğalı sobalardan deyil, bütün keyfiyyətsiz məhsullardan - soyuducular, kondinsonerlər, tozsoranlar, fenlər, ütülər və s. şikayətçi olurlar. Ona görə də hər bir istehlakçının bu avadanlıqları alarkən aldanmamaq üçün bilməli olduğu bir neçə məqam var.

Mikrodalğalı sobaların hansı növləri var?