Bu oyuncaqlar uşaqlar üçün


Digərləri 22 Apr 2018 23:21:00 307 0

Bu oyuncaqlar uşaqlar üçün

Aparılan araşdırmalar zamanı plastik oyuncaqlarda yaranan gizli təhlükə ortaya çıxıb. Son.az ailem.az-a istinadən bildirir ki, xüsusilə də uşaqların çimdikləri zaman hamam vannasına töküb oynatdıqları plastik oyuncaqlarda bu təhlükə daha böyükdür.

Belə ki, elm adamları tərəfindən aparılan bu araşdırmalar zamanı ortaya çıxıb ki, plastik maddələrdən istehsal olunan oyuncaqların hər kvadrat santimetrində 5 ilə 75 milyon arasında bakteriya hüceyrəsi var. Ağciyər infeksiyasına (sətəlcəmə) səbəb olan bu bakteriya növü xüsusilə immunitet sistemi zəif olan şəxslərdə ölümcül ola bilir. Həmçinin plastik oyuncaqların üzərində yaranmağa başlayan bakteriyalar göz, qulaq və mədədə infeksiyalara səbəb ola bilir.