"Qab yuyarkən mütləq əlcək taxın, yoxsa..."


Digərləri 22 Apr 2018 23:03:00 286 0

"Qab yuyarkən mütləq əlcək taxın, yoxsa..."

Kimyəvi maddələr həyatımıza elə daxil olub ki, onlarsız yaşamımızı təsəvvür edə bilmirik. Şəxsi gigiyenada, ev, paltar, qab təmizliyində də mütləq bu vasitələrə müraciət edirik.

Amma bu kimyəvi məhsulların həyatımızı zəhər etdiyini, orqanizmimizi, suyu, torpağı, təbii yerləri, havanı yavaş-yavaş çirkləndirdiyini bilirsinizmi? Həmçinin, bu vasitələr xərçəngə, dəri xəstəliklərinə, ağız, mədə, boğaz iltihabına səbəb olur, sinir sisteminə inanılmaz zərər vurur.

Mütəxəssislər xəbərdarlıq edir ki, paltar yuyan vasitələr dəriyə təmas etdikdə onun yağını alır, qurumasına və çatlamasına, həssas şəxslərdə dermatitlərin yaranmasına səbəb olur. Paltarlardan və qablardan yuyucu vasitələri təmizləmək üçün bol miqdarda su ilə durulamaq lazımdır. Yaxşı durulanmamış paltarlar dəridə allergik reaksiyalara, aşınmaya səbəb olur.  

Ev təmizliyində istifadə edilən yuyucu vasitələr mikroblara nə qədər zərər verirsə, ağciyər, qaraciyər və beyinə də eyni şəkildə zərər verir, həmçinin, göbələyə yol açır. Yuyucu vasitələr bağırsaq xərçənginə və ağır ağciyər xəstəliklərinin yaranmasına yol açır.

Həmçinin qabyuyan maşın üçün istifadə edilən yuyucu vasitə də neft məhsuludur və xərçəngə səbəb ola bilər. Nə qədər yusaq da, qalıntılar qalır. Əgər sağlamlığınızı düşünürsünüzsə, yuyucu vasitələrlə yuduğunuz qabları daha sonra sirkə və limonlu su ilə silin.