Bu geyimlər yazın əsas trendi olacaq FOTO


Digərləri 22 Apr 2018 23:07:00 307 0

Bu geyimlər yazın əsas trendi olacaq  FOTO

Kraliça Viktoriya dövründə qadınların həyatı çox da fərqli deyildi: gündüzlər musiqi alətlərində ifa edir, günortalar rəsmlə məşğul olur, sonra saat 5 çayı, axşamlar isə kişilərin başı dünyanın gələcəyi haqqında və siyasi söhbətlərə qarışanda, onlar qonaq otağında oturub dedi-qodu edirdilər.

O dövrlərdə qadınların əsas məqsədi ilham vermək və valeh etmək idi. Krujeva və tül parçalar, bant, jabo, volan, qırçın, büzmə kimi geyim elementləri də məhz o dövrün məhsuludur. Gizlilik sadəcə ədəbiyyatın deyil, o dönəmdə dəbin də önəmli əlaməti idi.

Müasir kolleksiyalarda Viktoriyan epoxasının bluzları köhnəlmiş təsir bağışlamır. Əksinə dizaynerlər romantik detalları seksuallıqla birləşdirib Viktoriyan dəbini indiyədək yaşadır. Belə fasonlar özünün ideal və unikal üslubunu yaratmaq istəyən xanımların qarderobunun əsas elementinə çevrilib.

Son.az xəbər verir ki, romantik ağ köynək və bluz mövsümün əsas trenididir.

Dəbli bluzlar imkan verir ki, əlavə zəhmət çəkmədən klassik şalvar və yubkalarla maraqlı dəst hazırlayasınız. Ağ bluz universal geyim hesab olunduğundan onlar həm klassik, həm boho, həm də kejual üslubunda əla görünür.

Bu il dəbdə olan bluzların əsas fərqi materialdadır, hansı ki, onlar qadına yüngüllük və incəlik verir, ümumilikdə isə obraz nəfis alınır.