Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb


Dünya 22 Apr 2018 21:00:00 242 0

Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb

Ermənistan prezidenti Armen Sarkisyan ölkədəki vəziyyətin təhlükəli həddə çatdığını bildirərək, tərəfləri təmkinli olmağa və dialoq qurmağa çağırıb. Son.az APA-ya istinadən bildirir ki, Armen Sarkisyanın bəyanatı prezidentin rəsmi saytında dərc edilib.   

"Ölkəmizdəki proseslər təhlükəli həddə çatıb, bu çox ciddi fəsadlarla nəticələnə bilər. Təəssüf ki, ötən gün əldə olunan razılaşma və danışıqlar pozulub. Dialoq vəziyyətin sabitləşməsinə və gərginliyin azaldılmasına gətirib çıxara bilərdi", - deyə Ermənistan prezidenti qeyd edib.   

A.Sarkisyan ölkədə sabitliyin pozulmasına gətirib çıxara biləcək destruktiv davranışa yol verməməyə, dialoq axtarışını davam etdirməyə çağırıb: "Bütün vətəndaşları, diaspordakı həmvətənlərimizi vəziyyəti gərginləşdirmək cəhdlərinə yol verməməyə, təmkinlilik nümayiş etdirməyə çağırıram", - deyə prezidentin bəyanatında deyilir.

Qeyd edək ki, bu gün İrəvanın Erebuni rayonunda  polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan i Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.