İrəvanın mərkəzində keçirilən aksiyada 10 min nəfər iştirak edir


Dünya 22 Apr 2018 20:09:00 244 0

İrəvanın mərkəzində keçirilən aksiyada 10 min nəfər iştirak edir

Hazırda İrəvanın mərkəzindəki Respublika meydanında sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada 10 min nəfər iştirak edir.

Son.az APA-ya istinadən bildirir ki, aksiyaya bu gün saxlanılan deputat Nikol Paşinyanın "Vətəndaş Razılaşması" Partiyasının üzvü Alen Simonyan rəhbərlik edir.

S. Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyalar aprelin 13-dən başlayıb.