Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib


Digərləri 22 Apr 2018 17:52:00 248 0

Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib

Azərbaycanda rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib Səhiyyə Nazirliyi rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələrinin siyahısının təsdiq edib.

Bakı. İlhamə İsabalayeva – Səhiyyə Nazirliyi rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələrinin siyahısının təsdiq edib. Trend-in məlumatına görə, səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev tərəfindən bununla bağlı verilmiş əmrə əsasən, rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Ə.ƏIiyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Naxçıvan Dövlət Universitetidir.