Kabildə baş verən partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3


Dünya 22 Apr 2018 17:10:00 280 0

Kabildə baş verən partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3

Partlayış zamanı 112 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda ölənlərin sayı 48 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "TOLOnews" ölkənin Səhiyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, partlayış zamanı həmçinin 112 nəfər yaralanıb.

Qeyd edək ki, hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

***12:32

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

"Report" xəbər verir ki, "TOLONEWS" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində həmçinin 50-dən çox insan xəsarət alıb.

Qeyd edək ki, partlayış paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisənin terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

***12:06

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "1 TV" telekanalı Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadənməlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində həmçinin 56 nəfər xəsarət alıb. Hadisəninterrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

Partlayışpaytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib.

***11:05

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

"Report"un məlumatına görə, bu barədə "Pajvak" agentliyi bildirib.

Məlumata görə, hadisə paytaxtın qərbində,seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə yerinə həkimlər və polis əməkdaşları cəlb edilib.Partlayışın səbəbi hələlik məlum deyil.