Bakı metrosunda intihar


Digərləri 22 Apr 2018 14:04:00 232 0

Bakı metrosunda intihar

Bakıda metroda qadın intihar edib.

Son.az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə saat 12:50 radələrində metronun "28 may" stansiyaında baş verib.

"İçəri şəhər" - "Həzi Aslanov" istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. Hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhfil verilib.