"United Airlines" şirkətinin təyyarəsi Yaponiyada məcburi eniş etdi


Dünya 22 Apr 2018 13:10:00 218 0

"United Airlines" şirkətinin təyyarəsi Yaponiyada məcburi eniş etdi

ABŞ-ın "United Airlines" aviaşirkətinin təyyarəsi Yaponiyada məcburi eniş edib.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarə Yaponiyanın paytaxtı Tokioda, Narita hava limanında enib.

Təyyarə Los-Anceles şəhərindən Şanxaya uçurdu. Uçuş zamanı mühərrikin işində nasazlıq qeydə alınıb.