22 aprel – Beynəlxalq Yer Günüdür


Digərləri 22 Apr 2018 12:00:00 171 0

22 aprel – Beynəlxalq Yer Günüdür

“Beynəlxalq Yer günü”nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir.

Bakı. 22 aprel “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin inzibati binasında yerləşən Orxus ictimai ekoloji informasiya mərkəzində “22 aprel - Beynəlxalq Yer günü” ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Görüşdə beynəlxalq yer gününün tarixi, əhəmiyyəti, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, o cümlədən mövcud qlobal ekoloji problemlər: iqlim dəyişmələri, səhralaşma, bioloji müxtəlifliyin qorunması, tullantıların idarə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması barədə tədbir iştirakçılarına geniş məlumat verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.