ABŞ-da təyyarə qəzası nəticəsində pilot ölüb


Dünya 22 Apr 2018 07:29:00 230 0

ABŞ-da təyyarə qəzası nəticəsində pilot ölüb

Qəza Tennessi ştatında baş verib

ABŞ-ın Tennessi ştatının Çattanuqi qəsəbə aeroportunda birmühərrikli təyyarə uçuş zamanı qəzaya uğrayıb.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində pilot ölüb.

İkiyerlik hava gəmisi uçuş-eniş zolağı yaxınlığında yerə düşüb. Ətrafda olanlardan heç kim xəsarət almayıb.