Ermənistan müxalifətinin lideri etirazların bazar günü davam edəcəyini bildirib


Dünya 22 Apr 2018 03:30:00 293 0

Ermənistan müxalifətinin lideri etirazların bazar günü davam edəcəyini bildirib

Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyası bazar günü davam edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu müxalif deputat, Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının lideri Nikol Paşinyan ölkə prezidenti ilə görüşündən sonra bildirib.

N.Paşinyan deyib: "Sabah 11:00-da biz güclü aksiya keçirəcəyik ki, bizim danışıqlarda mövqeyimiz möhkəm olsun".