Sadə qan analizi orqanizmdə qurdları aşkar edir


Digərləri 21 Apr 2018 23:05:00 356 0

Sadə qan analizi orqanizmdə qurdları aşkar edir

Son zamanlar qurdlar, qurd xəstəlikləri insanlar arasında əsl fobiyaya çevrilib.

İnsanlar kütləvi şəkildə qurdları aşkar etmək üçün bahalı analizlər verir, müxtəlif müayinələrdən keçir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, lakin adi ümumi qan analizi qurdların orqanizmdə olmasına işarə edə bilər. Bunu tanınmış rus həkimi Aleksandr Myasnikov apardığı "O samom qlavnom" adlı televerlişdə deyib. Həkimin sözlərinə görə, qurdlardan şübhələr yarandlqda ilk növbədə ümumi qan analizi verilməlidir.

Qan analizində leykositlərin bir növü olan eozinofillərin (EOS) miqdarına fikir vermək lazımdır. Eozinofillər orqanizmdə yad zülalları məhv edir. Onların qanda normadan yüksək olması "eozinofiliya" adlandırılır. Eozinofiliya orqanizmdə yad zülalların artmasına cavab olaraq inkişaf edir. "Yad zülallar" o cümlədən qurdlar da ola bilər.