Ermənistanda gərginlik: Kütləvi terror aktları planlaşdırılıb?


Dünya 21 Apr 2018 22:41:00 251 0

Ermənistanda gərginlik: Kütləvi terror aktları planlaşdırılıb?

Təhlükəsizlik Xidməti bildirib ki, adları çəkilən şəxslər partlayışlar həyata keçirməklə Ermənistanda ümumi qorxu atmosferini saxlamaq və hakimiyyət orqanlarına təzyiq göstərmək istəyiblər

Ermənistan Təhlükəsizlik Xidməti ölkədə terror aktlarının qarşısının alındığı barədə məlumat yayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, terror aktı hazırlamaqda şübhəli bilinən 6 nəfər tutulub.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, Ermənistan vətəndaşları Q. B. və Ş. M. ictimai yerlərdə partlayışlar həyata keçirməyi planlaşdırırlarmış. Onların Jirayr Sefilyanın (həbsdə olan müxalifətçi) hərbi qruplaşması və "Sasna tsrer"lə (2016-cı ildə Yerevanda post-patrul xidmətini tutan qruplaşma) əlaqədə olduqları bildirilir. İddiaya görə, partlayışlar Azadlıq meydanında, "Dalma Qarden Mol" Ticarət Mərkəzində, körpülərin altında və digər obyektlərdə həyata keçirilməliymiş. Ümumilikdə 100-150 əldəqayırma partlayıcı qurğunun işə salınması planlaşdırılırmış.