İkinci dəfə vitsepremyer olan Abutalıbov, yerləri boş qalan Abbasov və Əfəndiyev


Digərləri 21 Apr 2018 22:14:00 284 0

İkinci dəfə vitsepremyer olan Abutalıbov, yerləri boş qalan Abbasov və Əfəndiyev

Ölkə prezidenti İlham Əliyevin son sərəncamları ilə baş nazirin 4 müavini təyin olunub.

Son.az oxu.az-a istinadən bildirir ki,bunlar Yaqub Eyyubov,  Əli Əhmədov, Əli Həsənov və Hacıbala Abutalıbovdur.

Qeyd edək ki, sabiq vitse-premyerlər İsmət Abbasov, Abid Şərifov və Xalq yazıçısı Elçin (Əfəndiyev) bu dəfə kənarda qalıblar, əvvəlki vəzifələrinə təyinat almayıblar.

Hacıbala Abutalıbov isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırılaraq, baş nazirin müavinlərindən birinin yerinə təyin olunub.