AZALın təyyarəsi məcburi eniş etdi


Digərləri 21 Apr 2018 21:21:00 220 0

AZALın təyyarəsi məcburi eniş etdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Gəncə-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir.

Məlumatda bildirilir: "Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib. Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək".